Bakının bu küçəsi təmir olunur - VİDEO 

16:43 24.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır.

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, uzunluğu 1 046 metr, ortalama eni 17,5 metr olan küçədə hazırda frezlənmə işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.